Telefon
WhatsApp
  • 16 May 2024, 11:31
Mikayıl Cabbarov belaruslu nazirlərlə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyini müzakirə edib

“Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

“Nazirlərə Azərbaycanda həyata keçirilən antiinhisaryönümlü islahatlar barədə məlumat verdik, həmçinin ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, - deyə M.Cabbarov qeyd edib.

 

 

Paylaş

Layihə və xidmətlərimiz haqqında daha ətraflı məlumat üçün İndi zəng et! (012) 409-70-60